“Qaradağ Şüşə Zavodu” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin satışı ilə əlaqədar keçirilən investisiya müsabiqəsinin uzadılması ilə bağlı bildiriş
BİLDİRİŞ
Müsabiqə Komissiyasının 13 aprel 2026-cı il tarixli qərarına əsasən, “Qaradağ Şüşə Zavodu” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin satışı ilə əlaqədar keçirilən investisiya müsabiqəsinin elanında səhmdar cəmiyyəti ilə və müvafiq sənədlərlə tanış olmaq üçün ayrılmış müddət 15 may 2026-cı il tarixi, saat 10:00-dan 17:30-dək uzadılmışdır.
Potensial iddiaçılar tərəfindən təqdim olunan ərizə və təkliflərin qəbulunun son tarixi 18 may 2026-cı il, saat 10:00-dan 17:00-dək müəyyən edilmişdir.
Müsabiqə Komissiyası tərəfindən iştirakçıların təkliflərinin qiymətləndirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasında 19 may 2026-cı il, saat 15:00-dan başlayaraq həyata keçiriləcəkdir.
