İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 16-da keçirilən hərracda 9 nəqliyyat vasitəsi satılıb.

Rəqabətli keçən hərracda start qiyməti 5.850 manat olan “Hyundai Tucson” markalı avtomobil 9.995 manata, 4.500 manat olan “Nissan Sunny” markalı avtomobil isə  6.635 manata özəlləşdirilib.

Hərracda satılan əmlakların siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Qeyd edək ki, cari ay üzrə növbəti hərraclar 23 və 30 iyun tarixlərində keçiriləcək. Bu hərraclara 77 nəqliyyat vasitəsi və avadanlıq çıxarılıb. Nəqliyyat vasitələrinin istehsal tarixləri 1992-2013-cü illəri əhatə edir.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” saytlarından seçim edə bilərlər.