Bu ilin yanvar-iyul ayları ərzində 207 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-iyul ayları ərzində daşınmaz əmlak üzərində 207.035 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Qeydiyyata alınan mülkiyyət hüququnun 39.556-sı (19%) ilkin, 167.479-u (81%) isə təkrar qeydiyyatın payına düşür.
Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası
2026-cı ilin ilk yeddi ayı ərzində fərdi yaşayış və bağ evi üzərində – 44.830, mənzil – 52.822, torpaq sahəsi – 101.351, qeyri-yaşayış binası – 1.918, qeyri-yaşayış sahəsi – 5.684, əmlak kompleksi – 366 və çoxmərtəbəli yaşayış binaları üzərində – 64 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 60.360-ı Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Texniki pasport və ipoteka müqavilələrinin sayı
2026-cı ilin yanvar-iyul ayları ərzində daşınmaz əmlak obyektləri üzrə 145.778 texniki pasport tərtib edilib, 36.779-u ipoteka müqaviləsi qeydiyyata alınıb.
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə, əmlak əməliyyatlarının hüquqi etibarlılığının təmin olunmasına və daşınmaz əmlak bazarında şəffaflığın artırılmasına xidmət edir.