Qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə keçirilmiş müsabiqənin nəticəsi barədə məlumat
Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2010-cu il tarixli 284 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”na müvafiq olaraq Şamaxı şəhəri, Məşədi Əzizbəyov küçəsi, 3 ünvanında yerləşən “Şamaxı Dövlət Regional Kolleci” publik hüquqi şəxsinin balansında olan və Qazax rayonu, Orta Salahlı kəndində yerləşən Əmlak Məsələləri Dövlət Xidmətinin “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” Publik Hüquqi Şəxsinin balansında olan qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə müsabiqənin keçirilməsi barədə elan verilib.
Göstərilən qeyri - yaşayış sahələri ilə bağlı müsabiqədə iştirak etmək üçün bir sıra fiziki və hüquqi şəxslər tərəfindən Müsabiqə komissiyasına sifariş və müsabiqə təklifləri təqdim edilib.
Müsabiqəyə çıxarılmış həmin qeyri - yaşayış sahələrinin yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı ilə Müsabiqə Komissiyası tərəfindən 2025-ci il 6 və 7 oktyabr tarixlərində keçirilən müsabiqə zamanı müsabiqə iştirakçılarının təqdim etdikləri təkliflərə baxıldıqdan sonra açıq səsvermə yolu ilə qərar qəbul edilib.
Şamaxı şəhəri, Məşədi Əzizbəyov küçəsi, 3 ünvanında yerləşən 6,4 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə keçirilmiş müsabiqənin müəyyən edilmiş şərtləri daxilində maksimum həcmdə icarə haqqı təklif etmiş - Sadıqlı Rəsul Sadiq oğlu müsabiqənin qalibi olub.
Qazax rayonu, Orta Salahlı kəndi ünvanında yerləşən 17,3 kv.m. qeyri-yaşayış binasının icarəyə verilməsi barədə keçirilmiş müsabiqənin müəyyən edilmiş şərtləri daxilində maksimum həcmdə icarə haqqı təklif etmiş - Nəzərov Mahmud Xəlil oğlu müsabiqənin qalibi olub.
Müsabiqə qalibləri ilə icarə müqaviləsinin bağlanılması təmin edilib.
